Yəməndə məhkəmə hicabsız şəkil çəkdirən modelə həbs cəzası verib. Bu barədə noyabrın 9-u BBC xəbər verib.
Verilən məlumata əsasən, 20 yaşlı İntisar əl-Hammadi 5 il müddətində azadlıqdan məhrum edilib.
Modelin vəkili bildirib ki, xanım bu ilin fevral ayından bəri zorakılığa və irqçi hücumlara məruz qalıb. Prokurorluq əl-Hammadini təhdid edərək onu narkotikdən istifadə və fahişəlik etməsi haqda yazılı etirafı imzalamağa məcbur edib.
İntisar əl-Hammadi 2020-ci ilin fevral ayında hicabsız halda fotosessiyaya görə saxlanılıb.
Daha öncə, 2016-cı ildə Səudiyyə Ərəbistanında küçədə hicabsız şəkil çəkdirib sosial şəbəkələrdə paylaşan qadını həbs edilib. Həmin qadın naməhrəm kişi ilə əlaqədə olduğuna görə də günahkar bilinib.
#Yemen #Kidnapped pic.twitter.com/xqGja9MuqP
— Maggie Michael (@mokhbersahafi) November 8, 2021