Bakının Novxanı kəndində yerləşən Şah Sultan Hüseyn məscidi baxımsızlıq üzündən yararsız vəziyyətə düşüb. Qədim tarixə malik məscidin yalnız bəzi hissələri salamat qalıb, ətrafı isə zibilliyə çevrilib.

2020-ci ilin may ayında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məsələ ilə bağlı açıqlama verib. O, Sputnik Azərbaycan-a verdiyi açıqlamasında məscidin karantin müddəti bitdikdən sonra bərpa ediləcəyini bildirib. Fariz Hüseynli bu məsələnin karantindən sonra görüləcək ilk işlər sırasında olduğunu vurğulayıb.

Saytımızın müxbiri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxlasa da, zənglərə cavab verən olmayıb.

Məscidin tarixi XVII əsrə aid edilir. İbadət evi Novxanı kəndinin ilk məscidi olub və zəngin tarixə malikdir. Kənd sakinlərinin sözlərinə görə, 1900-cü illərdə Məhəmməd Əmin Rəsulzadə İosif Stalini çar polisindən gizlədərək məhz bu məsciddə saxlayıb. Bir vaxtlar Stalini xilas edən məscid indi özü xilasa möhtacdır.

1930-cu illərdə məscidin fəaliyyəti dayandırılıb və bugünədək heç bir dövlət qurumu abidənin bərpası ilə məşğul olmur.

Şah Sultan Hüseyn məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Bir vaxtlar Stalini xilas edən məscid indi özü xilasa möhtacdır Bir vaxtlar Stalini xilas edən məscid indi özü xilasa möhtacdır Bir vaxtlar Stalini xilas edən məscid indi özü xilasa möhtacdır Bir vaxtlar Stalini xilas edən məscid indi özü xilasa möhtacdır Bir vaxtlar Stalini xilas edən məscid indi özü xilasa möhtacdır Bir vaxtlar Stalini xilas edən məscid indi özü xilasa möhtacdır Bir vaxtlar Stalini xilas edən məscid indi özü xilasa möhtacdır Bir vaxtlar Stalini xilas edən məscid indi özü xilasa möhtacdır Bir vaxtlar Stalini xilas edən məscid indi özü xilasa möhtacdır