Ağdaş rayonunda yerləşən Hacı Məhəmməd məscidinin ətrafı zibilliyə çevirilib. Bu məsələ sosial şəbəkələrdə rezonansa səbəb olub.

Məscidin qarşısında üzərində “bura zibil atma” yazısı ilə lövhə quraşdırılsa da, ona məhəl verən yoxdur.

Hacı Məhəmməd məscidi 1891-ci ildə inşa olunub. İbadətgahın inşa tarixi giriş qapısının üstündəki daş kitabədə həkk olunub. Orada hicri-qəməri tarixi ilə 1311-ci il qeyd edilib. İbadət evi kərpicdən tikilib, damı isə kirəmitlə örtülüb.

Hacı Məhəmməd məscidi yerli əhəmiyyətli abidə hesab edilir və Mədəniyyət Nazirliyi tərəfindən qorunur.