Məscid Masallı rayonunun Çayqıraq kəndi ərazisində yerləşir. İbadət evi 1985-ci ildə yerli əhali tərəfindən tikilib.

İbadətgahın tutumu 110 nəfər təşkil edir. Məscid düzbucaqlı formadadır, divarları qırmızı kərpiclə tikilib. İbadət evinin tavanı taxtadan yerli ustalar tərəfindən hörülüb. Məscidin damı kirəmitlə örtülüb. İbadətgahın ön tərəfində iki pəncərə və bir cüt qapı, yan tərəfində isə bir cüt pəncərə var. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün beş dəmir dirək üzərində dam artırılıb. İbadət evinin damında azan vermək üçün kvadrat günbəz var.

Çayqıraq kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri-ziyarətgahlar. Bakı-2021.