İslam Dünyasının 2022-ci ilin paytaxtı Mərakeşin Rabat şəhəri seçilib. Bu barədə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru elan edib.

İslam Dünyasının 2021-ci ilin paytaxtı isə Qətərin Doha şəhəri olub.

Bu ilin yanvar ayında ICESCO-nun baş direktoru ADA Universitetində keçirilən mətbuat konfransında bildirib ki, Şuşanın bərpasından və orada normal həyata qayıtdıqdan sonra İslam Dünyasının paytaxtı Şuşa şəhəri seçilə bilər. O, qeyd edib ki, bu mühüm təşəbbüsün həyata keçirilməsi üçün bütün lazımi tədbirləri görəcəkdir.

Azərbaycan 1991-ci ildən ICESCO-nun üzvüdür. Ölkəmiz təşkilatla yaxından əməkdaşlıq edir və mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir. 2006-cı il noyabrın 24-də Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun xoşməramlı səfiri təyin olunub. Azərbaycan ICESCO ilə bir çox beynəlxalq layihələr həyata keçirib. 2009-cu ildə Bakı, 2018 ildə isə Naxçıvan İslam mədəniyyətinin paytaxtı elan edilib.