Ayətullah Seyyid Əli Sistani İsrail məhsullarına aid fətva verib. Bu barədə İQNA xəbər verib.

Məlumata əsasən, din xadimlərindən biri Ayətullah Sistaniyə sionist rejimə dəstək göstərən mağazalardan alış-verişlə bağlı sual verib. Ayətullah Sistani cavab verərək bildirib ki, əgər şirkətlərin İsraili dəstəklədiyi sübut olunarsa, həmin şirkətlə alqı-satqı etmək qadağandır.