Mavrikidən olan 30 yaşlı xristian İmam Rza (ə.s) hərəmini ziyarət edərkən İslamı qəbul edib.

O bildirib ki, Mavriki adasında əhalinin 30%-ni müsəlmanlar təşkil edir və o da İslam dinini araşdırmağa başlayıb. Nəticədə o kəşf edib ki, İslam digər dinlərdən üstündür. Mavriki vətəndaşının İmamın (ə.s) hərəmində şəhadət verməsindən sonra, orada mərasim təşkil olunub və ona hədiyyələr təqdim olunub.