Sədərək məscidində sünnilərin sosial məsafəyə riayət etmədən camaat namazı qılması ətrafdakıların narazılığına səbəb olub. Bu barədə noyabrın 8-i sosial şəbəkələrdə məlumat yayılıb.

Bakının Qaradağ rayonunda yerləşən, Sədərək Ticarət Mərkəzindəki məsciddə baş verən bu hadisə sosial şəbəkələrdə rezonans yaradıb. Hadisənin videogörüntüləri azgiperssilkaru telegram kanalında paylaşılıb.

Bundan əvvəl, noyabrın 6-sı Sədərək məscidin axundu Hacı Əkrəmin yerinə sünni ilahiyyatçının təyin edilməsi şiələri narahat edib. Məscidin Əhli Beyt (ə.s) davamçılarının vəsaiti ilə tikilməsinə baxmayaraq əhli-sünnə məzhəbindən olan axundun təyin edilməsi halı şiələr tərəfindən qınanılıb.

Hazırda ibadətgahda iki axund çalışır. Onlardan birinin şiə, digərinin sünni olması bildirilib. Qeyd olunub ki, cümə namazlarının növbəli şəkildə qılınması planlaşdırılır. Bundan əlavə, məscidin azanından “Əliyyən vəliyullah” və “Həyya əla xeyril-əməl” sözləri yığışdırılıb.