Məscid Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində yerləşir. İbadətgah 1950-ci ildə yerli əhali tərəfindən tikilib.
İbadət evinin tutumu 180 nəfər təşkil edir. Məscidin ön tərəfində şəbəkəli tağvari formada dörd, yan tərəfində isə iki pəncərə var. İbadətgah iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün səkkiz dirək üzərində dam artırılıb. İbadətgahın kərpicdən hörülmüş iki minarəsi var.
Təzə Alvadı kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri – ziyarətgahlar. Bakı-2021.
- http://www.mct.gov.az