Bakının Sədərək ticarət mərkəzindəki məscidin axundu dəyişdirilib. Onun yerinə Heydər məscidinin axundu təyin edilib. Bu barədə noyabrın 6-sı sosial şəbəkələrdə məlumat yayılıb.
Verilən xəbərə əsasən, məscidə təyin edilən yeni axundun şiə təriqətindən olmaması sosial şəbəkələrdə tənqidə səbəb olub. Bundan əlavə, yeni axund cümə namazından sonra etdiyi çıxışında artıq bu məsciddə namazların gündəlik beş vaxtda qılınacağını deyib.