Məscid Lerik rayonunun Piran kəndi ərazisində yerləşir.

İbadətgahın tutumu 90 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formadadır və divarları mişar daşları ilə hörülüb. Məscidin tavanı taxtadandır, damı isə yaşıl dəmir məxmərlə örtülüb. İbadət evinin ön tərəfində taxtadan üç pəncərə və iki giriş qapısı var. İbadətgahın hündürlüyü 9 metr olan bir minarəsi var və onun divarları qırmızı kərpicdən tikilib. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün dörd dəmir dirək üzərində dam artırılıb.

Mənbə: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.