Fransada Avropa Şurasının hicablı qadın təsviri ilə çəkdiyi sosial reklam narazılığa səbəb olub. Bu barədə noyabrın 5-i siasat.com xəbər verib.
Ölkə siyasətçiləri postu qınayaraq bildiriblər ki, hicab azadlıq deyil. Fransanın gənclər naziri Sara El Hairi edilən paylaşımdan təəccübləndiyini qeyd edib. O bunun ölkə dəyərlərinə zidd olduğunu deyib. Prezidentliyə namizəd Erik Zemur isə hesab edir ki, Avropa Şurası avropalılara örtük geyindirmək üçün təbliğat aparır.
Siyasətçi Marlin Le Pen məsələ ilə bağlı deyib: “Qadın yalnız hicabı çıxardıqda azad olur, nəinki əksinə”.
Fransa müsəlmanları ölkə rəhbərliyinin reklamı pisləmək cəhdlərini tənqid edib. Onlar, həmçinin Avropa Şurasının islamofob təsirlər altına düşüb reklamı silmələrini qınayıblar.
Avropa Şurası sosial şəbəkələrdə üzərində hicablı xanımın şəkli olan reklam postu paylaşıb. Bundan əlavə, postda “azadlıq hicabda olduğu kimi gözəllik də müxtəliflikdədir” alt yazısı da vardır. Edilən şikayətlər nəticəsində reklam silinib.