Məscid Masallı rayonunun Sirəbil kəndinin ərazisində yerləşir. İbadət evi 1992-ci ildə yerli əhali tərəfindən inşa edilib.
İbadətgahda eyni anda 125 nəfər ibadət edə bilər. Məscidin həyəti daş hasarla əhatələnib. İbadət evinin damı kirəmitlə örtülüb, tavanı isə taxtadandır. İbadətgahın ön tərəfində beş pəncərə və iki giriş qapısı var. Giriş qapılarının önünə pilləkən salınıb. İbadətgah iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Məscidin mehrabı və üçpilləli minbəri var. Mehrab tağvari pəncərə ilə əhatə olunub. İbadət evinin bir günbəzi var, onun örtüyü kirəmitdəndir və üstündə aypara rəmzi quraşdırılıb.
Masallı rayonu Sirəbil kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bolgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri-ziyarətgahlar. Bakı-2021.
- http://www.mct.gov.az