Oktyabrın 4-ü Məscidul-Hərəmdə və Məscidun-Nəbidə yağış namazı qılınıb. Bu ayin, həmçinin bütün ölkədə yerinə yetirilib. Bu barədə əl-bələd news xəbər verib.
Səudiyyə Ərəbistanının kralı iki gün öncə bütün ölkəni yağış namazı qılmağa dəvət edib.
Yağış namazı ilahi rəhmət (yağış) kəsildikdə və ya su azlığı yarandıqda yağış yağması üçün qılınır. Bu namazın adı “istisqa namazı”dır.