Məscid Lerik rayonunun Nüvədi kəndi ərazisində yerləşir. İbadət evi 2011-ci ildə kənd sakinləri tərəfindən inşa edilib.
İbadətgah kərpicdən tikilib, dam örtüyü isə şiferdəndir.
Nüvədi kəndində əvvəllər məscid olmayıb, kənd camaatı qonşu kəndlərdəki məscid və ziyarətgahlara üz tutublar. Bu səbəbdən, 2011-ci ildə kənddə məscid inşa edilib.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.