Məscid Lerik rayonunun Lələhiran kəndi ərazisində yerləşir.

İbadətgahın tutumu 95 nəfər təşkil edir. Məscidin tavanı ağacdandır və yerli ustalar tərəfindən hörülüb. İbadət evinin divarları mişar daşları ilə tikilib, dam örtüyü isə şiferdəndir. Məscidin ön tərəfində taxtadan iki pəncərə və bir qapı var. İbadət evinin damında azan vermək üçün kvadrat günbəz yerləşir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.