Noyabrın 4-dü Şəkidəki Həzrət Əli məscidinə ölkə əhəmiyyətli abidə statusu verilib. Bu barədə report xəbər verib.
Yeni qəbul edilmiş qərara əsasən, Şəki şəhəri, F.Xoyski küçəsi, 7 ünvanında yerləşən məscid ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. Qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
İbadət evinin inşa tarixi XIX əsrə aid edilir. Yerli sakinlərin sözlərinə görə, ibadətgah Nadir şahın hücumundan əvvəl tikilib. Vaxtilə burada kiçik pəncərələr olduğu üçün “Qaranlıq” məscidi kimi də tanınıb.
Sovet dövründə məscidin minarəsi dağıdılıb. İbadətgahın binası məktəb və idman zalı kimi istifadə olunub. 1994-cü ildə məscid təmir olunub və onun fəaliyyəti yenidən bərpa edilib. Təmir zamanı məscidin əvvəlki görünüşü qorunaraq saxlanılıb. 1997-ci ildə kərpicdən yeni minarə inşa olunub. Minarə dəyirmi formadadır və hündürlüyü 22 metr təşkil edir.
Məscidin tarixi haqqında ətraflı məlumat.