Quran və İslam maarifini dünyanın bütün insanlarına yayımlamaq üçün Kosmosa YAM-2 peyki buraxılıb. Bu layihəyə “Eurasian Space Ventures” (ESV) təşkilatının təsisçisi Şükrət İbrahimov tərəfindən yaradılıb.
Dünyanın müxtəlif dillərində Quranın tilavəti, təcvidi, təfsiri, həmçinin Peyğəmbərin (s) hədisləri “Divine life” tədbiqi və saytı vasitəsilə yayımlanacaq. Hazırda proqram rus və ingilis dillərindədir, lakin yaxın zamanda digər dillərə də tərcümə olunacak. Proqram ölkələrin rəsmi İslam Təlim Mərkəzlərinin nəzarəti altında keçiriləcək.
Proqramı İslamın müqəddəs mətnlərini anlamaq istəyən hər kəs istifadə edə bilər. Layihə rəhbəri Şükrət İbrahimov bildirib ki, Quran internetin məhdud olduğu yerlərə xüsusi stansiyalarında quraşdırılmış səs qəbulediciləri ilə ötürülücək. “Divine Live” mobil tətbiqini App Store və Play Market-dən yükləmək mümkündür.
Eurasian Space Ventures (ESV) 2020-ci ildə Qazaxıstanda Şükrət İbrahimov tərəfindən təsis edilmiş özəl şirkətdir. ESV Qazaxıstanda qurulmuş kosmik şirkətlər üçün mərkəz rolunu oynamağı hədəfləyir.