Məscid Lerik rayonunun Zövnə kəndi ərazisində yerləşir.
İbadət evinin tutumu 100 nəfərdir. Məscid düzbucaqlı formaya malikdir və mişar daşlarından inşa edilib. İbadət evinin tavanı taxtadan, damı isə dəmirdəndir. İbadətgahın ön tərəfində iki cüt pəncərə və bir giriş qapısı var.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.