Kanadanın Nelson bölgəsində noyabrın 3-ü yerli müsəlmanlar şəhərin tarixi kitabxanasını satın alıblar. Bu barədə lancashiretelegraph xəbər verib.

Kitabxana “İMAM” adlı xeyriyyə təşkilatı tərəfindən alınıb. Bu işdə onlara İngiltərənin “Barclays” bankı maddi yardım göstərib. Təşkilatın nümayəndəsi bildirib ki, kitabxananın alışı 250 ailədən ibarət icmanın yüzlərlə tələbəsinin təhsilinə fayda verəcək. Alınan bina əsasən dini maarifləndirmə və İslam elmlərinin tədrisi üçün istifadə ediləcək.

Kitabxananın inşa tarixi XX əsrin əvvələrinə aiddir. Binanın kitabxana kimi fəaliyyəti 1974-cü ilədək davam edib. Sonra isə burada “Pendle” adlı şuranın ofisi yerləşib.

İMAM” Şimali Amerikada Seyyid Əli Sistaninin ofisi ilə əlaqəli olan dini təşkilatdır. Qurum 2016-cı ildə İslam elmlərinin tədrisi, xeyriyyəçilik və regionda yaşayan müsəlmanlar üçün xidmət göstərmək məqsədi ilə təsis edilib.