Məscid Ağdaş rayonunun Maşat kəndinin ərazisində yerləşir. İbadət evi 1995-ci ildə yerli sakin Fəzail Ağəli oğlu tərəfindən inşa olunub.

İbadətgah düzbucaqlı formadadır. Məscid əsasən mişar daşından və qismən kərpicdən tikilib. İbadət evinin fasadı daş plitələr ilə işlənib. Məscidin günbəzi dairəvidir, mişar daşından hörülüb və dörd sütun üzərində dayanır. İbadətgahın 20 metr hündürlüyündə minarəsi var. Minarə səkkizguşəlidir, mişar daşından tikilib və onun qübbəsi ağ dəmir təbəqə ilə üzlənib.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.