Məscid Xızı rayonunun Əmbizlər kəndində yerləşir.
İbadətgah düzbucaq formaya malikdir və sal daşlardan inşa olunub. İbadət evinin tavanı taxtadandır, damı isə dəmir təbəqə ilə örtülüb. Tavan on taxta sütun üzərində dayanır. Əvvəllər bu sütunların sayı 12 idi. Lakin sütunların ikisi cürüdükdə onlar dəmir sütunla əvəzlənib. Məscidin bir günbəzi və bir minarəsi var. Minarənin hündürlüyü 10 metr təşkil edir. İbadət zalı iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Hər şöbənin ayrıca girişi var. İbadət evinin giriş qapısının yanında bir kitabə var. Kitabədə “Allah, Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn” adları yazılıb. Məscidin taxtadan dördpilləli minbəri mövcuddur. İbadətgahın önündə açıq eyvan yerləşir. Eyvanın yeddi pəncərəsi var və bu pəncərələr arasında “Allah” yazısı həkk olunub.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- XIZI Gəncləri Azərbaycan – ƏMBİZLƏR KƏND MƏSCİDİ