Tunis Dini İşlər Nazirliyi kor və görmə qüsurlu insanlar üçün Brayl əlifbası ilə Quran nəşr edib. Bu barədə 2 noyabr tarixində nazirliyin mətbuat xidməti məlumat verib.
Məlumata görə, Tunisdə ilk dəfədir ki, Brayl əlifbası ilə Quran çap olunur. Nazirlik Quranları məscidlərə və korlara yaymağı planlaşdırır.
Bundan əvvəl, avqust ayında Məscidul-Hərəm üçün Brayl əlifbası ilə elektron Quran hazırlanıb. Kitab məscidin ziyarətçilərinin istifadəsinə verilib.
Brayl əlifbası qabarıq nöqtələrdən ibarət toxunma şriftidir. Bu əlifba kor və görmə qüsurlu insanların yazıb oxuması üçün nəzərdə tutulub.