Məscid Quba rayonunun İkinci Nügədi kəndində, Heydər Əliyev prospektində yerləşir. İbadət evi 1994-cü ildə Mahmud Molla Əbdüssəmidoğlu adlı şəxs tərəfindən inşa edilib. İbadətgah onun oğlu İslamın adını daşıyır. Bura, həmçinin Molla Hud məscidi kimi tanınır.

İbadətgah ikimərtəbəlidir və mişar daşlarından tikilib. İkinci mərtəbədə qadınların ibadət zalı yerləşir. Məscidin damı dəmir təbəqə ilə üzlənib. İbadət evinin bir günbəzi və bir minarəsi var. Günbəzin hündürlüyü 5 metr təşkil edir. Məscidin üstündə bir kitabə mövcuddur. Orada məscidin Mahmud Molla Əbdüssəmidoğlu tərəfindən kənd sakinlərinə hədiyyə edildiyi qeyd olunub.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. İkinci Nügədi kənd Molla Hud məscidi