Məscid Lerik rayonunun Təbrizli kəndi ərazisində yerləşir.
İbadətgahın tutumu 80 nəfər təşkil edir. İbadət evi mişar daşlarından inşa olunub. Məscidin tavanı taxtadandır, damı isə dəmir təbəqə ilə örtülüb. Məscidin ağ rəngdə plastik pəncərələri var. İbadət evinin damında azan vermək üçün kvadrat günbəz yerləşir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.