Məscid Lerik rayonunun Orand kəndində yerləşir.

İbadət evi düzbucaqlı formadadır və tutumu 48 nəfər təşkil edir. Məscidin divarları mişar daşları ilə yerli ustalar tərəfindən hörülüb. İbadətgah düzbucaqlı formaya malikdir. Məscidin tavanı fanerdəndir, damı isə dəmir təbəqə ilə örtülüb. İbadət evinin ön tərəfində iki taxta pəncərə və iki qapı var.

Məscidin giriş hissəsini yağışdan qorumaq üçün dörd daş dirək üstündə dam artırılıb.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.