Məscid Lerik rayonunun Gürdəsər kəndi ərazisində yerləşir. İbadət evi 2009-cu ildə inşa edilib.
Məscidin tutumu 240 nəfər təşkil edir. İbadət evinin divarları mişar daşları ilə yerli ustalar tərəfindən hörülüb. İbadət evinin döşəməsi beton, tavanı isə taxtadandır. Məscidin ön hissəsində dörd taxta pəncərə və bir giriş qapısı var. İbadətgahın 12 metr hündürlüyü olan iki minarəsi var. Minarələrin pənəcərələri tağvari formadadır.
Məscidin yanında mərasim evi də mövcuddur.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.