Məscid Lerik rayonunun Dico kəndində yerləşir.

İbadətgahın tutumu 30 nəfər təşkil edir. İbadət evi mişar daşları ilə hörülüb. Məscidin tavanı taxtadan, damı isə dəmir təbəqə ilə örtülüb. İbadətgahın ön tərəfində üç taxta pəncərə, yan tərəfində isə bir taxta qapı var.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.