Məscid Lerik rayonunun Boykəndil kəndi ərazisində yerləşir.
İbadətgahın tutumu 90 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formadadır. Məscidin tavanı taxtadandır, damı isə şifer ilə örtülüb. İbadətgahın ön tərəfində ağ rəngdə plastik iki pəncərə və bir qapı var. İbadət evinin damında günbəz yerləşir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.