Noyabrın 2-si Amerikada ilk dəfə müsəlman qadın Nyu-York şəhər şurasının üzvü seçilib. Bu barədə New York Times-a istinadən İQNA xəbər verib.

Əslən Banqladeşli Şahanə Hənif şəhərin 39-cu bölgəsini təmsil edir. Qadının sözlərinə görə, onun məqsədi irqçiliklə mübarizə və miqrantların təhlükəsiz həyatını təmin etməkdir.