Dubayda qadınlar üçün “Beşinci Beynəlxalq Quran Müsabiqəsi” keçiriləcək. Bu barədə noyabrın 3-ü İQNA xəbər verib.

Müsabiqə noyabr ayının 20-27-si tarixilərində keçiriləcək. Yarışda 40-dan çox ölkənin iştirak edəcəyi bildirilib.

Dubay hökmdarının mədəni və humanitar məsələlər üzrə müşaviri deyib ki, müsabiqə BƏƏ-nin anası Fatimə bint Mübarəkin şəxsiyyətini təqdir etmək üçün təşkil olunur. Fatimə bint Mübarəkin Quran hafizlərini dəstəkləyən bir xanım olduğu qeyd olunub.