Məscid Ağdaş rayonunun Ləki kəndinin ərazisində yerləşir. İbadət evi 1993-cü ildə yerli sakin Hacı Məhəmməd Baqi Məhəmmədəli oğlu tərəfindən inşa olunub.
İbadətgah düzbucaqlı formadadır və kərpicdən tikilib. Məscidin damı ağ dəmir təbəqə ilə örtülüb. İbadət evinin əsas giriş qapısı tağvaridir və dəmir təbəqə ilə üzlənib. İbadətgahın 12 tağvari pəncərəsi var. Məscid tək minarəyə və bir günbəzə malikdir. Minarə kərpicdən tikilib və onun hündürlüyü 14 metr təşkil edir. Minarənin qübbəsi dəmirdəndir və üstündə aypara ilə ulduz rəmzi quraşdırılıb. Günbəz dəmir təbəqə ilə işlənib və onun hündürlüyü 5 metrdir.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.