ABŞ-ın İndiana universitetində aparılan sosioloji tədqiqatlar göstərib ki, ölkədə ən səxavətli insanlar müsəlmanlardır. Bu barədə noyabrın 2-i islamnews xəbər verib.
Nəticələr ölkədə ən səxavətli insanların müsəlmanlar olmasını göstərib. Belə ki, bir müsəlman ortalama 3200 dollar ianə etdiyi zaman qeyri müsəlmanın ianəsi 1905 dollar təşkil edir. Müsəlmanlar ölkə əhalisinin 1,1%-ni təşkil etsələr də, onların verdiyi ianə ümumi məbləğin 1,4%-i civarındadır.
Bundan əlavə müsəlmanlar ölkə daxilində yaranan bir sıra problemlərin həllində də yardımçı olurlar. Ən fəal xeyriyyəçilər 40-49 yaşlı insanlardır.
2020-ci il ərzində amerikalı müsəlmanların etdikləri ianələrin ümumi məbləği 4,3 milyard dollar təşkil edib. ABŞ-da ən fəal müsəlman xeyriyyə təşkilatlarından biri “İslamic Relief” humanitar yardım agentliyidir.