Noyabrın 2-si Səudiyyə Ərəbistanı 12 yaşadək uşaqların Məscidul-Hərəmə daxil olmasına məhdudiyyət tətbiq edib. Bu barədə geo.tv xəbər verib.
Məhdudiyyət Həcc və Ümrə Nazirliyi tərəfindən sözügedən yaş qrupuna aid uşaqları virusdan qorumaq məqsədilə qoyulur.
Məscidul-Hərəmi ziyarət etmək üçün öncədən icazə almaq vacibdir. Bunun üçün ziyarətçi “Tawakkalna” adlı portal vasitəsi ilə icazə almalıdır. Lakin 12 yaşadək uşaqların tətbiqdən istifadəsinə məhdudiyyət qoyulub.