Noyabrın 1-i Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin təmir və yenidənqurma işlərindən sonra açılışı olub. Bu barədə Prezident.az xəbər verib.
Açılışda Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.
Əhali tərəfindən ən çox ziyarət etdilən ocaqlardan biri sayılan Pirsaat Baba ziyarətgahı 1918-ci ildə Hacı Cəfərqulu adlı şəxs tərəfindən türbə şəklinə salınıb. 2019-cu ildə zəlzələ nəticəsində ziyarətgahın divarlarında çatlar əmələ gəlib. 2020-ci ildə burada təmir və yenidənqurma işləri başlanıb. İbadət zalı ilə yanaşı məsciddə mərasim zalları da tikilib.