Noyabrın 1-i Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva Lahıcdakı Bədöyün məscidinin təmir-bərpa işləri ilə tanış olublar. Bu barədə Prezident.az xəbər verib.
Prezident və vitse-prezident İsmayıllıya səfər çərçivəsində Lahıc qəsəbəsində olublar, orada yerli sakinlər ilə söhbət edib, şəkillər çəkdiriblər. Daha sonra isə Bədöyün məscidini ziyarət edib, təmir işləri haqda məlumat alıblar.
2019-cu ildə vise-prezident Mehriban Əliyeva Lahıcda səfərdə olarkən qəsəbə sakinləri Bədöyün məscidinin təmirinə köməklik etməsini ondan xahiş ediblər. O zaman Mehriban Əliyeva məscidin vəziyyəti ilə tanış olub və onun əsaslı təmir olunmasına tapşırıq verib.
Bədöyün məscidi 1791-ci ildə inşa edilib. İbadət evi Hacı Qurban adlı bir şəxs tərəfindən tikilib. İndiki təmirdən əvvəl məscid 1997-ci ildə yığılan nəzirlərin hesabına əsaslı təmir edilib.
Bədöyün məscidin tarixi barədə ətraflı məlumat.