Oktyabrın 31-i Ayətullah Sistaninin Azərbaycan, Rusiya və Gürcüstandakı nümayəndəsi Şeyx Məhəmməd Əli əl-Mosuli vəfat edib. Bu barədə ABNA xəbər verib.

Vəfatın səbəbi sağalmaz xəstəlik olub. Belə ki, bundan öncə alim bir il müddətində xəstəxanada müalicə alıb.

Seyyid Sistaninin sözügedən ölkələrdə yeni nümayəndəsi barədə hələ məlumat yoxdur.

Şeyx Mosuli 1949-cu ildə Nəcəfdə anadan olub. O, dini təhsilini Nəcəfin böyük alimlərindən alıb. Sonralar isə Ayətullah Seyyid Xoyinin fiqhi araşdırmalarına qatılıb. 1986-cı ildə İraqın Mosul əyalətinə köçüb və orada məscidlərin tikintisi və digər xeyirxah əməlləri ilə məşhur olub. 1996-cı ildən Məhəmməd Mosuli Gürcüstanda ondan sonra Azərbaycanda, daha sonra isə Rusiyada Ayətullah Sistaninin nümayəndəsi vəzifəsində çalışıb. O, həmçinin Rusiyadakı əl-Beyt Fondunun rəhbəri olub.