Hindistanda müsəlmanların namazına mane törədən 30-a yaxın şəxs həbs edilib. Bu barədə voanews xəbər verib.
Məlumata görə, cümə günü Dehlinin şimalındakı Qurqaon şəhərində bir qrup hindu müsəlmanların açıq havada namaz qılmasına qarşı çıxıb. Onların cümə namazının qılınmasında manelər törətdiyi bildirilib.
Oxşar hadisə 2018-ci ildə baş verib. Lakin yerli hökümət müsəlmanların açıq havada ibadəti üçün 35-ə yaxın yer ayırıb. Buna baxmayaraq təzyiqlər davam etməkdədir.