Məscid Lerik rayonunun Zardoni kəndi ərazisində yerləşir.

İbadətgahın tutumu 40 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formadadır və mişar daşlarından tikilib. Məscidin tavanı taxtadandır, damı isə dəmir təbəqə ilə örtülüb. İbadətgahın ön tərəfində taxtadan tağvari formada beş, yan tərəflərində isə bir cüt pəncərə yerləşir. İbadət evinin ön tərəfində giriş qapısı var. Məscidin damında azan vermək üçün günbəz mövcuddur.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.