Məscid Lerik rayonunun Tikəband kəndi ərazisində yerləşir.
İbadət evinin tutumu 40 nəfər təşkil edir. Məscidin damı ağ dəmir təbəqə ilə örtülüb və üzərində hündürlüyü 2 metr olan kvadrat günbəz var. İbadət evinin ön tərəfində taxtadan üç pəncərə və bir giriş qapısı var.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.