Məscid Lerik rayonunun Qışlaq kəndi ərazisində yerləşir.
İbadət evinin tutumu 50 nəfərdir. Məscid düzbucaqlı formaya malikdir. İbadət evinin tavanı fanerdən, damı isə şiferdəndir. İbadətgahın taxtadan göy rəngli iki cüt pəncərəsi və qapısı var. Məscidin damında azan vermək üçün günbəz var. İbadət evinin giriş hissəsini yağışdan qorumaq üçün göy rəngli üç dəmir dirəklər üzərində dam artırılıb.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.