İmam Əli (ə.s) müqəddəs hərəmində Quranın proqramı bərpa edilib. Bu barədə hərəmin mətbuat xidməti məlumat verib.

Quran forumları, təfsirləri və digər maarifləndirici məşğələlər 2020-ci ildən koronavirusa görə dayandırılıb. Lakin xəstəliyə yoluxma sayının azalması ilə müqəddəs ziyarətgahlar öz fəaliyyətlərini tam bərpa etmək yolundadır.