Din xadimi Hacı Şahin İmişlidə 11 yaşlı qızın zorlanmasına münasibət bildirib. Bu barədə oktyabrın 30-u nmedia xəbər verib.
Son zamanlar sosial şəbəkələrdə hadisədə şübhəli bilinən Qurban Fərəcovun dindar olması barədə məlumat yayılıb. Lakin ruhaninin sözlərinə görə, sosial şəbəkələrdə dini paylaşım etmək insanın dindar olması anlamına gəlmir.
İlahiyyatçı bu məsələnin dinlə heç bir əlaqəsi olmadığını söyləyib. O, bir kişinin öz yoldaşının qızı ilə evlənməsinin dində haram olduğunu qeyd edib. “Onlar bir-birinə evlilik barəsində heç vaxt məhrəm ola bilməzlər, bu, dində qadağandır. Bu insanlığa zidd əməldir”, – deyə Hacı Şahin Həsənli bildirib. Din xadimi belə insanların ən ağır cəzayə layiq olduqlarını deyib.
Oktyabrın 29-u İmişli rayonunda 11 yaşlı qız dünyaya uşaq gətirib. Bildirilib ki, qız 11 həftəlik hamiləliklə xəstəxanaya yerləşdirilib. O, qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Məsələ ilə bağlı cinayət işi açılıb. İlkin olaraq cinayəti törətməkdə qızın atalığı Qurban Fərəcov şübhəli bilinir. Faktla bağlı araşdırma davam etdirilir.