2021-ci il ərzində Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı təqdim edilib. Verilən adların sırasında çoxu dini adlardı.

Oğlan uşaqları arasında ən çox qoyulan ad Əli olub – 1299 uşaq, qızların arasında isə Zəhra – 1312 uşaq.

Bundan əlavə, oğlan uşaqlarının 1243-nə Yusif, 1239-na Hüseyn, 1189–na Uğur, 886-na Məhəmməd, qız uşaqlarının 1041-nə Zeynəb, 985-nə Məryəm, 951-nə Aylin, 931-nə Fatimə adları qoyulub.

Ötən ilin statistikasına əsasən, oğlan uşaqlarına ən çox qoyulan ad Yusif (2008), qızlara isə Zəhra (1968) olub.