Məscid Lerik rayonunun Vov kəndi ərazisində yerləşir.

İbadətgahın tutumu 48 nəfər təşkil edir. Məscid düzbucaqlı formadadır və mişar daşları ilə yerli ustalar tərəfindən tikilib. İbadət evinin tavanı taxtadandır. Məscidin damı dəmir təbəqə ilə örtülüb və üzərində azan vermək üçün günbəz var. İbadətgahın ön tərəfində beş, yan tərəflərində bir cüt tağvari pəncərə var. Məscidin ön tərəfində iki giriş qapısı var.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.