Məscid Lerik rayonunun Qələbin kəndi ərazisində yerləşir.

İbadətgahın tutumu 60 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formadadır və mişar daşından tikilib. Məscidin ön tərəfində taxtadan beş, yan tərəflərində isə bir cüt pəncərə yerləşir. İbadətgahın damı şiferlə örtülüb. İbadət evinin girişini yağışdan qorumaq üçün yeddi dəmir dirəklər üzərində dam artırılıb.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.