Yunanıstanın dövlət şurası və ölkənin ali inzibati məhkəməsi heyvanların halal kəsimini qadağan edib. Bu barədə ahlibeyt.ge xəbər verib.

Məlumata görə, İslam və Yəhudi dinlərinin heyvan kəsimi ölkənin kəsimlə bağlı tələblərini pozur.

Avropa Yəhudi Assosiasiyasının sədri Menahem Marqolin bu məsələ ilə bağlı etirazını bildirib: “Bütün Avropada icmalarımızı qorumağa söz vermiş qurumlar tərəfindən Yəhudilərin din azadlığı hücuma məruz qalır”.

Bundan əvvəl 2021-ci ildə halal kəsim Belçika, Polşa və Kiprdə qadağan edilib.