Məscid Lerik rayonunun Pendi kəndi ərazisində yerləşir.

İbadət evinin tutumu 50 nəfər təşkil edir. Məscid düzbucaqlı formadadır. İbadətgahın tavanı taxtadan yerli ustalar tərəfindən hörülüb, damı isə şiferdəndir. İbadətgahın ön tərəfində göy rəngdə üç taxta pəncərə və bir giriş qapısı var.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.