Məscid İsmayıllı rayonunda, Lahıc qəsəbəsinin Zəvəro məhəlləsində yerləşir. İbadət evi 1805-ci ildə inşa edilib. İbadətgah yerli sakinlər tərəfindən tikilib.

Məscid çay daşlarından inşa edilib və dördbucaqlı formaya malikdir. İbadətgahın minarəsi damda yerləşir. Minarənin hündürlüyü 5 metr təşkil edir və üstü dəmir təbəqə ilə üzlənib. İbadətgahın damı, həmçinin dəmir təbəqə ilə işlənib. İbadət evinin giriş qapısının yanındakı divara daş kitabə həkk olunub.

Sovet dövründə məscid Mədəniyyət evi kimi istifadə edilib. Lakin 1980-cı ildə ibadətgahda təmir işləri görülüb və məscidin fəaliyyəti bərpa olunub.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.