Türkiyənin Diyanət işləri başqanı Ali Erbaş Ağdam məscidini ziyarət edib. O bu barədə oktyabrın 29-u öz twitter hesabında paylaşım edib. Qarabağa səfər Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin müşayiəti ilə baş tutub.

Ali Erbaş məscidin ermənilər tərəfindən dağıdılmış vəziyyətdə olmasını qeyd edib. O, məscidin mehrabında güllə izlərinin olmasını və Allah evində donuz saxlanılmasının şahidi olduğunu bildirib. Din xadimi bunun möminlərə edilən həqarətlərin ən böyük örnəklərindən biri olduğunu deyib.

İslam dinində savaş anlamı olsa da, məbədlərin toxunulmazlığı var. İstər kilsə, xavra və ya diqər məbədlər olsun”, – deyə Ali Erbaş bildirib.

Daha öncə, oktyabrın 27-də Diyanət işləri başqanı Şuşa məscidini ziyarət edib. Türkiyəli din xadimi burada azan oxuyub və onun imaməti ilə camaat namazı qılınıb.

Oktyabrın 27-si Türkiyənin Diyanət işləri başqanı Qarabağa iki günlük səfər edib. Səfər çərçivəsində o, işğaldan azad edilmiş şəhərlərin dağıdılmasının da şahidi olub. Ali Erbaş Şuşa və Ağdam məscidlərinin tarixi və indiki vəziyyəti ilə bağlı məlumatlandırılıb.